Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

Putinin sözçüsü müxalifətin mitinqinin dağıdılmasını dəstəkləyir


Rusiyanın yeni prezidenti élan edilən Vladimir Putinin sözçüsü seçkinin nəticələrinə etiraz edənlərin mitinqinin dağıdılmasını və həbsləri dəstəkləyib.

Martın 6-da Putinin sözçüsü Dmitry Peskov deyib ki, Bazar ertəsi polis mitinqi dağıdarkən yüksək peşəkarlıq göstərib və səmərəli çalışıb.

Mitinqdən sonra 500-dən çox adam tutulub. Tutulanların əksəriyyəti, o cümlədən müxalifət liderləri Aleksei Navalny, Sergei Udaltsov və Ilya Yashin martın 6-da məhkəməyə çıxarılacaq.

Bazar ertəsi keçirilən mitinqə 20 minə yaxın adam topladığını bildirən Rusiya müxalifəti seçkinin nəticələrinin ləğvi tələbiylə etirazları davam etdirməyə çağırıb.

Rusiyada martın 4-də keçirilən prezident seçkilərində Putinin 64 faiz səslə 3-cü dəfə Rusiya prezidenti seçildiyi élan edilib. Müxalifət təkrar seçki tələb edir. Beynəlxalq müşahidəçilər isə seçkidə rəqabətin olmadığını, Putinin qələbəsi üçün inzibati resurslardan istifadə edildiyi və seçkidə kütləvi pozuntular olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG