Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Erdogan Bashar Assadin atası kimi mühakimədən qaça bilməyəcəyini deyir


Türkiyə Baş naziri Recep Tayyip Erdogan Suriya hökumətindən rejim əleyhdarlarına qarşı əməliyyatlarda ziyan çəkənlərə yardım eləmək üçün təcili humanitar dəhliz açmağa çağırıb.

Martın 6-da Parlamentdəki partiyasının toplantısında danışan Erdogan beynəlxalq ictimaiyyətə də müraciət edib ki, humanitar dəhliz açmaq üçün Bashar Assad rejiminə təzyiqlərini artırsınlar. Və Ərəb Liqasının Suriya ilə bağlı aətnaməsinin təcili yerinə yetirilməsinə nail olsunlar.

Erdogan deyib ki, Bashar Assadin atası elədiklərinə görə, bu dünya mühakimə edilmədi. Ancaq gec-tez Bashar Assad özü törədiyi qəddarlıqlar və qırğınlara görə cavab verəcək.

Suriyada rejim əleyhdarlarına qarşı əməliyyatlar başlayandan bəri 11 min Suriyalı sərhədi keçərək Türkiyəyə pənah gətirib.

Erdogan və Bashar Assad əvvəllər yaxın müttəfiq olsalar da, ötən ilin mart ayından sonra Türkiyə Baş naziri Suriya rejiminin ən kəskin tənqidçilərindəndir.

BMT-nin hesablamalarına görə, ötən ilin martından bu yana Suriyada 7500-dən çox rejim əleyhdarı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG