Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

Rusiyalı həmsədr fəaliyyətsizlikləri barədə deyilənlərlə razılaşmır


İqor Popov
İqor Popov
«ATƏT-in Minsk qrupu bu illər ərzində aktiv şəkildə kömək etdi ki, münaqişə tərəfləri problemin həllinə yaxınlaşsın».

Bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov qrupun 20 ildə münaqişənin həllində irəliləyişə nail olunmaması barədə suala cavabında deyib.

«Düşünürəm ki, bu, düzgün fikir deyil. Mən başqa müsahibələrimdə də demişəm - biz çox şey etdik ki, sülh müqaviləsi imzalansın», - deyə diplomat bildirib.

Son zamanlar münaqişənin həllinin əsas prinsipləri üzərində iş aparıldığını qeyd edən İ. Popov sonuncu dəfə prezidentlərin Soçi görüşündə də bu məsələlərin müzakirə olunduğunu söyləyib:

«Orda Azərbaycan və Ermənistan prezidentləri təsdiq etdilər ki, bu sənədin hazırlanmasının tezləşdirilməsinə hazırdırlar. Başqa bir vacib məqam isə odur ki, biz 20 il ərzində qoymadıq ki, bu münaqişə daha da qaynar fazaya keçsin». /apa/
XS
SM
MD
LG