Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:49

Rusiya rəsmisi: «Azərbaycanla Rusiya Qəbələ RLS-lə bağlı razılıq əldə etməyə yaxındır»


Serqey Ryabkov

Serqey Ryabkov

«Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar aparılan müzakirələrdə inkişaf var». Bunu Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov martın 6-da keçirdiyi brifinqdə deyib.

Qəbələ RLS-lə bağlı danışıqlarda iştirak etmədiyini deyən nazir müavini stansiyadan istifadə şərtləri və icarə haqqı ilə bağlı problemlər olduğunu bildirib: «Lakin onu deyə bilərəm ki, Azərbaycanla Rusiya Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı razılıq əldə etməyə yaxındır».

Nazir müavini Azərbaycan-Rusiya münasibətləri haqqında da danışıb: «Çox nadir hallarda iki dost, münasibəti belə gözəl olan ölkələr tapmaq olar. Baxmayaraq ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS, Xəzərin statusu ilə bağlı müzakirələr gedir, müəyyən problemlər var, amma bütün bunlar bizim dostluğumuza təsir etmir»./apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG