Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03

Məşhur muzeylər İslam sərgilərini təxirə salır


Metropolitan muzeyində İslam sərgi zalı

Metropolitan muzeyində İslam sərgi zalı

Türkiyə hökuməti bu muzeylərdən tarixi əsərlərin qaytarılmaını istəyir

Türkiyə hökuməti bəzi ingilis və amerikan muzeylərində saxlanılan bir sıra incəsənət əşyalarının sahibliyinə iddia edir. Məşhur Britaniya Muzeyi, Victoria and Albert (V&A) Muzeyi və New York Metropolitan Muzeyindəki bəzi əşyalar qaytarılmadığına görə, Türkiyə bu muzeylərə eksponatların kredit xəttini dayandırıb. Bu da həmin muzeylərdə İslam mədəniyyəti sərgisinin baş tutmasına əməlli-başlı problem yaradıb.

Metropolitan təmsilçisi deyib ki, hazırda Türkiyə hökuməti onların muzeyində saxlanılan onlarla eksponata iddia edir. Məsələ ilə bağlı danışıqlar aparılır.

Türkiyə hökumətinin mədəniyyət və turizm üzrə London təmsilçisi Tolga Tuyluoglu etiraf edib ki, onlar V&A və Britaniya Muzeyindəki artefaktların qaytarılmasını istəyirlər. Bunlar b.e.ə. birinci əsrə aid üzərində Kral Antiochusun Heraklı salamlayarkən təsvir edildiyi zeytun yağı çıxarmaq üçün istifadə edilən mərmər silindrdir. 1,23 metr hündürlüyü olan ortası dəlik silindr, həmin bölgədə işləməyə icazə verilən məşhur İngilis arxeoloq Leonard Woolley tərəfindən 1911-ci ildə satın alınıb.

Digər artefakt isə b.e.ə 3-cü yüzilə aid Sidamara sarkofaqındakı eşq tanrısı Erosun heykəlinin başıdır. Erosun başı 1882-ci ildə ingilis arxeoloqu Charles Wilson tərəfindən qoparılaraq İngiltərəyə aparılıb və orada onun ailəsi tərəfindən 1933-cü ildə V&A muzeyinə hədiyyə olunub.

Britaniya bu tarixi əsərləri geri qaytarmayınca, Türkiyə hökuməti İslam sərgiləri üçün eksponatları təqdim etməyəcək. Bu səbəbdən Britaniya Muzeyində keçirilən “Həcc: İslamın qəlbinə səfər” sərgisi üçün Topkapı Sarayından, Türbələr Muzeyindən, Türk və İslam Əsərləri Muzeyindən 35 ədəd əsərin kreditə verilməsi qadağan olunub.

V&A muzeyi də oxşar problemlə üzləşib. Muzey gələn il keçiriəlcək “Osmanlılar” sərgisinin vaxtını təxirə salıb. Metropolitan Muzeyi isə "Bizans və İslam” (14 Mart-8 İyul) sərgisindəki eksponatla təmin etmək üçün Yunanıstan hökumətnə müraciət etməli olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG