Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05

Günortadan yollarda hərəkət məhdudlaşıdırılacaq


Gürcüstan Prezidenti Mixail Saakaşvilinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, martın 6-da saat 15:00-dan səfər başa çatanadək hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Aeroport şosesi, Heydər Əliyev, Azadlıq prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG