Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

İcra başçılarına Quba dərsi, Məzahir Pənahov Rusiya seçkiləri barədə...


Mətbuat icmalı

Mətbuat icmalı

-
İCRA BAŞÇILARI QUBA OLAYINDAN NƏTİCƏ ÇIXARACAQMI?

«Bizim yol» qəzeti bu sualı bir neçə rayonun icra başçısına ünvanlayıb.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev müqayisənin doğru olmadığını deyib:

«Mənim Qubayla nə işim var. Mənim öz el-obam var. Fəaliyyətimdə də ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti əsas götürürəm».

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə bildirib ki, rayonda əhalini narazı salacaq heç bir fəaliyyəti olmayıb: «Biz burada ölkə rəhbərinin etimadını doğrultmaq üçün çalışırıq».

Daşkəsənin icra başçısı Əhəd Abıyev isə deyib ki, «gərək icra başçıları heç zaman çaşmasın. Prezident Administrasiyasının rəhbəri hörmətli akademik Ramiz Mehdiyev bizə ölkə başçısının tapşırıqlarını çatdırır. Biz də əlimizdən gələni edirik ki, bu tapşırıqlara əməl edək…».

«VİCDAN MƏHBUSLARI» AMANSIZLIQLA DÖYÜLDÜ

«Azadlıq» qəzeti yazır ki, AXCP-dən olan «vicdan məhbusları» Məhəmməd Məcidli və Babək Həsənov martın 4-də 16 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülərkən fiziki zorakılığa məruz qalıb.

2 aprel aksiyası

2 aprel aksiyası

AXCP-dən verilən məlumata görə, M.Məcidli və B.Həsənova köçürülmə barədə qabaqcadan xəbərdarlıq edilməyib:

«Məhbuslar hamamda olarkən həbsxana nəzarətçiləri onların arxasınca gedib və onları zorakılıqla, təhqir edə-edə hamamdan çıxarıblar. Məhbuslar hətta 14-cü kalona aparılarkən yolda maşında da fiziki zorakılığa məruz qalıb».

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov cəzaçəkmə müəssisəsində bu cür hadisənin baş verə biləcəyinə inanmadığını bildirib.

RUSİYADA PREZİDENT SEÇKİLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNUB

Bunu «Azərbaycan» qəzeti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova istinadla yazır. Məzahir Pənahov deyib ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası xalqın öz iradəsini sərbəst ifadə etməsi və səsvermə prosesinin şəffaflığı üçün hər cür lazımı tədbir görüb:

«Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, 95 min seçki məntəqəsinin hamısında veb-kameralar quraşdırılmışdı. Bu təcrübə ilk dəfə olaraq Azərbaycan prezidentinin təklifi və tapşırığı ilə ölkəmizdə keçirilən seçkilərdə tətbiq olunmuşdu».

Günün bütün mövzuları

XS
SM
MD
LG