Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10

Doing Business 2012 hesabatında Azərbaycan 3 pillə irəliləyib


Dünya Bankı “daha şəffaf dünyada biznes etmək -2012” adlı hesabatını yayıb. Azərbaycan keçən ilki hesabatda 69-cu yerdə idisə, bu dəfə 3 pillə qalxaraq 66-cı yerdədir.

Müqayisədə götürəndə, Azərbaycan iş görməyə olan şəraitə görə, Bolqarıstanla (59-cu yer) Türkiyə (71-ci yer) arasındadır.

Azərbaycan xarici ticarətin, sərhəddən mal keçirməyin çətinliyinə görə, dünyada 170-ci yerdədir.

Azərbaycanda bundan çətini tikintiyə icazə almaqdır və obyektinə işıq çəkdirməkdir.

Azərbaycana tikintiyə icazənin çətinliyinə görə, 172-ci yer verilib.

İşıq çəkdirməyin çətinliyinə görə isə Azərbaycan 173-cü yerdədir.

Dünya Bankının hesabatı 183 ölkəni əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG