Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:59

Naxçıvanda hər 100 nəfərin 102 mobil telefonu var


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Şərq Qapısı
25.01.2012
Sayı: 15(20.420)

NAXÇIVAN MUXTAR RESPUBLİKASI PROKURORLUĞUNDA KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
...Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının prokuroru, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il muxtar respublikada qeydə alınan cinayətlərin açılması tam təmin olunmuşdur. Hesabat ilində muxtar respublikada peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi, onlara təzyiqlər göstərilməsi ilə bağlı və yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisələrinin törədilməsi halları qeydə alınmamışdır. Daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilən məqsədyönlü istintaq və əməliyyat – axtarış tədbirləri nəticəsində prokurorluq və daxili işlər orqanlarında keçmiş illərdə baş verib qapalı qalmış 18 cinayət hadisəsinin açılması və həmin işlərə nəticə verilməsi təmin edilmişdir...

2011-ci İLDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL- İQTİSADİ İNKİŞAFI
Nəqliyyat, informasiya və rabitə, energetika
Əvvəlki illərdə olduğu kimi 2011-ci il ərzində də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, 101,2 kilometr uzunluğunda yeni yollar salınmışdır. Bundan əlavə, 5 yeni körpü tikilmiş, 3 körpü bərpa edilmişdir...
1 yanvar 2012-ci il tarixə aktiv istifadə olunan mobil telefonları sayı 422680 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 102 ədəd olmuşdur.
2011-ci il ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ildəki göstəricini 7,4 faiz üstələyərək 39 milyon 269 min manat olmuşdur. Ümumi xidmətlərin 85,5 faizi mobil rabitənin payına düşmüşdür, ki, bu da 2010-cu ildəki göstəricidən 7,1 faiz çoxdur.
XS
SM
MD
LG