Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

İlham Əliyevin «8 mart» təbriki


İlham Əliyev (AzerTag)
İlham Əliyev (AzerTag)
Prezident İlham Əliyev Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir ki, müstəqillik ideyası ətrafında sıx birləşən Azərbaycan qadını bu gün də milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısıdır. Və respublikanın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir:
«Qloballaşan dünyada dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı indiki vaxtda məhz analarımız milli-mədəni zənginliklərimizin və əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanılmasının həqiqi təminatçılarıdır. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə onlar üzərlərinə düşən işlərin öhdəsindən hər zaman olduğu kimi yenə şərəflə gəlirlər».
XS
SM
MD
LG