Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:00

Seçmə şeirlər (BSU-nun Yaradıcılıq fakültəsindən)


Elmar Şahmar, Aytən Nəsibbəyli və Vasif Əlihüseyn
Elmar Şahmar, Aytən Nəsibbəyli və Vasif Əlihüseyn
"Oxu zalı" Bakıdakı və bölgələrdəki ədəbi dərnəklərlə bundan sonra daha sıx əlaqə qurmağa çalışacaq. İlk olaraq Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsindən -


Seçmə şeirlər


Aytən Nəsibbəyli

BİR SÖZ DE


Bir söz de
Bir təsəlli
De neyləsin
qışqıra bilməyən dərdim?!
Axır
Alsınmı başına
Vursunmu yerə
Dünyanin bütün dərdlərini?!
Belə bədbəxt
Belə yalnız buraxdınız məni
Desinmi
Ağlasınmı o da
Səssiz-səssiz?!
Amma nə fayda?!
Aç gözlərini
Nə bir ağ gəmi var
Uzaqlarda
Nə də üç lələk əldə
Oda tutacaq
Bizə yalan danışıb
Analar
Nənələr
Daha bitdi
Yum gözlərini
Yat sən də
Yat sarılıb nağıllara
Bitdi!
Yox çarəsi!

BSU Yaradıcılıq fakültəsi, II kurs.


Vasif Əlihüseyn

SƏN

Sən
Yaddaşımdakı,
həmin saçı kəsik qızsan
dilim gəlmir səni qınamağa..

Səni unutdum,
Sənu görən günü unuda bilmirəm.
Göz yaşlarım
getdiyin yollardı yanaqlarımda,
hər dəfə
təzələyirəm ayaq izlərini.

Heç bilmirəm
Necə xoşbəxt olacaqsan.

BSU Yaradıcılıq fakültəsi, I kurs


Elmar Şahmar

XOCALININ 20 YAŞINA...

Sənə nifrət edirəm,
“sevənlərin” çox deyə.
Bəlkə də çox sevirəm,
səni sevən yox deyə.

Sənə olan sevgidən
iyrənirəm, Vətənim!
Ürəklərdən silinib,
dodaqlarda bitənim!

Əllərimiz qısalıb,
dillərimiz uzundu,
Neçə ildi dözürsən,
bir az daha döz indi.

Düşmənlərə əsirdi,
arvad-uşaq, oğul-qız,
Həm Səni, həm onları
çoxdan unutmuşuq biz.

Xocalı, ay Xocalı,
bizi gözləmə, əl çək!
Sənə heykəl ucalıb,
20 yaşın mübarək!

BSU Yaradıcılıq fakültəsi, I kurs

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG