Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:45

Gənclər mitinq üçün müraciət edib


Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 17-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim edib.

Martın 5-də komitənin İdarə Heyətinin üzvü Samir Əsədli deyib ki, mitinqdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, təhsildəki korrupsiya hallarına etiraz bildirilməsi, siyasi məhbusların azadlığa buraxılması tələbinin səsləndirilməsi planlaşdırılır: «Mitinqin keçirilməsi üçün yerlər təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyəti şəhərə yaxın olan ərazilərdə başqa yer təklif edərsə, aksiyanı orada da keçirə bilərik».

Samir Əsədli qeyd edib ki, mitinq üçün müraciətə müsbət cavab verilməsə, icazəsiz aksiya keçirməkdə qərarlıdırlar.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-də mitinq keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti tələb olunan yerlərdən heç birini mitinq üçün uyğun saymadığından aksiya təxirə salınmışdı. /Media forum/
XS
SM
MD
LG