Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:36

«Şekspir» Milli Dram Teatrına gələcək


Dezdemonanın ölüm səhnəsi
Dezdemonanın ölüm səhnəsi
Martın 6-da Akademik Milli Dram Teatrında Xalq Yazıçısı Elçinin «Şekspir» pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası keçiriləcək.

Bu xəbəri teatrın mətbuat xidməti AzadlıqRadiosuna verib.

Xəbərdə vurğulanır ki, tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan «GUAM-ın teatr məkanı» layihəsinin tərkib hissəsidir.

Mətbuat xidməti tamaşanın süjetini belə açıqlayır: «Ruhi-əsəb klinikasındakı pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasientləri Şekspirin dühası öz ətrafında birləşdirir. Sara Bernarın sevimli əsəri olan «Romeo və Cülyetta» hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.

Xəstəxanaya Drob-13–ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək».

Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereundur.

Tərtibat rəhbəri Xalq Rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşada Xalq Artisti Ramiz Novruz (Stalin), Əməkdar Artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) Anar Heybətov (Drob 13), Elşən Rüstəmov (Drob 13) və b. çıxış edirlər.

Xatırladaq ki, ilk dəfə «Üns» Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan «Şekspir» pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb edib. Bir sıra xarici ölkələrin teatrları, həmçinin Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən «Avanqard» teatrı, o cümlədən Krım-tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG