Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

Çingiz Abdullayevin yeni kitabının təqdimatı oldu


Martın 5-də Beynəlxalq Mətbuat Mərkəzində detektiv yazar Çingiz Abdullayevin “Əfsanəyə çevrilmə haqqı” romanının təqdimat mərasimi keçirilib.

Kitab son illərdə Ukraynada baş verən hadisələrdən bəhs edir. Əsərdəki əsas surətlərdən birinin prototipi ölkənin hazırki prezidenti Viktor Yanukoviçdir.

Tədbirin təşkilatçısı və kitabın redaktoru şair Qulu Ağsəs bildirib ki, rus, ingilis, alman dillərinə tərcümə olunan kitab Ukraynada yaşayan azərbaycanlı iş adamı Burzu Əliyevin maliyyə dəstəyi ilə nəşr olunub.

Çingiz Abdullayev kitab haqqında deyib ki, əsər konkret bir insanın bioqrafiyası yox, müasir dövrümüzün yetirməsi olan siyasi xadim obrazını yaratmaq cəhdirir.

Təşkilatçıların sözlərinə görə sözü gedən layihədən Ukrayna dilində nəşri nəzərdə tutulan növbəti kitab yazıçı Aqil Abbasın “Dolu” romanı olacaq.

Əfsanəyə çevrilmə haqqı” kitabının tərcüməçisi İlqar Fəhmi, nəşrə məsul Laura Cəbrayıllıdır.

Cavid Zeynallı

XS
SM
MD
LG