Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32
-

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının məlumatına görə 100-ə yaxın sakin Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti və Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə verib. 2010- cu ilin yazında baş vermiş Kür və Araz daşqınlarından ziyan çəkən bu insanlar problemlərinin hələ də həll edilmədiyini və dəyən ziyanın ödənilməsini tələb edirlər.

“Kür” Vətəndaş Cəmiyyətindən verilən məlumata görə indiyə qədər 20 nəfərin məhkəmə işi 1- ci instansiyadan keçib, 14 nəfərin işi Yasamal rayon məhkəməsinə, 7 nəfərin işi Apelliyasiya məhkəməsinə, 1 nəfərin işi isə Ali məhkəməyə göndərilib: “1 nəfərin iddiası məhkəmənin qərarı ilə, 5 nəfərin iddiası məhkəmənin gedişində, 2 nəfərin iddiası isə məhkəmə prosesi başlamadan təmin olunub.

Mart ayında isə daha 18 nəfərin məhkəməsi başlayır. Əlavə olaraq 40 nəfərin iddia sənədləri hazırlanaraq 1 saylı İnzibatı İqtisad Məhkəməsinə təqdim olunub. Hazırda 21 nəfərin işi isə məhkəməyə təqdim edilmək üçün hazırlanır.”

Qurumun məlumatında qeyd edilir ki, martın 6-da başlayacaq 18 nəfərin məhkəmə prosesində iddiaçıların əksəriyyəti İmişli rayon sakinləridir. Digər iddiaçılardan fərqli olaraq iddiaçı İmişli rayon sakinləri yerli İcra Hakimiyyətini də məhkəməyə veriblər.

Buna səbəb kimi İmişli RİH- nin sözü gedən rayonda evlərin tikintisi zamanı ayrıseçkiliyə və korrupsiya hallarına yol verməsi qeyd olunur.

İddia ərizəsində həmçinin bildirilir ki, İmişli rayonunda bir çox hallarda qəzalı evlər “unudularaq” daha çox ehtiyacı olan insanlara deyil, evi qəzalı olmayan, imkanlı şəxslərə evlər tikilib. Məhkəmə iddiaçı sakinlərlə yanaşı FHN və İmişli RİH-ni də məhkəməyə çağırılıb.

Bunlar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının martın 5-də yaydığı məlumatlardır.

Amma hələlik xəbərdə adı çəkilən hakimiyyət qurumlarının bununla bağlı hər hansı reaksiyası məlum deyil. Amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə yerli jurnalistlərə korrupsiya ittihamlarının əsassız olduğunu deyiblər.
XS
SM
MD
LG