Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12
İtaliyanın ən məşhur bəstəkarlarından və müğənnilərindən sayılan Lucio Dalla İsveçrədə (Montreaux) vəfat edib.

Ünlü müğənni İsveçrəyə konsert vermək üçün gedibmiş.

İnfarkt keçirən müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Martın 4-də Lucio Dallanın 69 yaşı tamam olacaqdı.

Lucio Dalla 1943-cü ildə İtaliyanın Balonya şəhərində doğulub.

Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb.

1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb.

Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb.

Onu dünyada ən çox tanıdan mahnı əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi ”Karuzonun xatirəsinə” (Caruso)) mahnısıdır.

Mahnı 1986-cı ildə bəstələnib. Təsadüfən Neapoldakı otellərin birində qalan Lucio Dalla Enriko Karuzonun burada vəfat etdiyini öyrənir.

Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.

Onun nəğmə dərsi dediyi bir qıza sevgisindən söz açırlar.

Bu hekayə Lucio Dallanı ilhamlandırır və o Karuzoya həsr etdiyi əfsanəvi mahnını yazır.

Bu mahnını dünyanın ən böyük müğənniləri oxuyub.

Onlardan birinin adını çəkmək yetər—Luçiano Pavarotti.

Azərbaycanda da bu bəstənin ifaçıları var.

Bu mahnıya klip də çəkilib. Klipdə Şon Konneri və Ketrin Zeta Cons oynayırlar.

Bundan başqa Lucio Dallanın Piazza Grande, Luna all, Anno che verra mahnıları da çox sevilir.

Ruhu şad olsun!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG