Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

Amerikada məscidlərin sayı artır


Los-Ancelesdəki məscidlərdən biri
Los-Ancelesdəki məscidlərdən biri

ABŞ-da müsəlmanlar üçün 2 mindən çox ibadət yeri var

Amerikada son 11 ildə məscidlərin sayı 74 faiz artıb. Bu haqda Amerikan-İslam Münasibətləri üzrə Şuranın hesabatında məlumat verilir.

Açıqlamaya görə, 2000-ci ildən etibarən ABŞ-da müsəlmanlar üçün ibadət evlərinin sayı 2106-ya çatıb. Bu da 11 il əvvələ nəzərən 74 faiz artım deməkdir.

Bu müddət ərzində daha çox Nyu-York və Kaliforniyada məscid tikilib. Araşdırma zamanı sorğuları cavablandıran imamların əksəriyyəti müsəlmanların amerikan cəmiyyətinin bir hissəsi olmasını istədiklərini bildiriblər. Onların 91 faizi müsəlmanların siyasətə qatılmasını tərəfdarı kimi çıxış ediblər.

Sorğu iştirakçılarının əksəriyyəti bildirib ki, onlar amerikan cəmiyyətinin İslama düşmən münasibətini hiss etmirlər. İmamların 56 faizi Quranı şərh edərkən indiki dövrü, reallıqları da nəzərə aldıqlarını bəyan edib. Ümumi respondentlərin 87 faizi isə müsəlman gənclərin radikallaşması fikri ilə razı olmadığını bildirib.

Hazırda amerikan məscidlərinin əksəriyyətinə müxtəlif məzhəb nümayəndələri gedir. Məscidlərin yalnız 3 faizi konkret hansısa məzhəb təmsilçilərini qəbul edir.
XS
SM
MD
LG