Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:30

İlham Əliyev Vladimir Putini təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev ötən gün yenidən Rusiya prezidenti seçilənVladimir Putinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə bildirilir ki, «Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir».

Martın 5-də prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib, seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib. Həmçini Putini münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib. /Azertag/
XS
SM
MD
LG