Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

BQXK Suriyada əhaliyə hümanitar yardım paylamağa bağlayıb


Beynəlxalq Qızıl Xaç Komitəsi bazar günü Suriyanın Homs şəhəri yaxınlığında əhaliyə hümanitar yardım paylamağa başlayıb.

Söhbət hərbi əməliyyatlara görə şəhərdən Baba-Əmr qəsəbəsinə qaçmış sakinlərdən gedir.

1 ay idi ki, bu rayonu mühaisrəyə alan hökumət qoşunları, müxalifətin tərəfinə keçmiş hərbçiləri ordan çıxarmağa çalışır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlı 3 gündür ki, Baba-Əmirə baş çəkmək üçün Suriya rejimindən icazə gözləyirlər.

Müxalifət fəalları bu rayonda xeyli insanın öldürüldüyünü deyirlər.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7 500-dən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG