Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün şəhər mərkəzindən kənarda 4 yer təklif edib.
Partiyanın başqan müavini Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, martın 2-də aldıqları cavabda Maştağa, Əmircan və Bakıxanov qəsəbələrindəki mədəniyyət evləri, o cümlədən, Bakı kinoteatrı onlara təklif edilib.
Amma Tofiq Yaqublu deyir ki, onların qurultay keçirməsi üçün min nəfərlik yer lazımdır: «800 nəfərlik yerə də razı idik. Bizə təklif edilən yerlərin heç birində isə bu qədər insanı yerləşdirmək mümkün deyil. Biz Bakı Şəhər İcra Hakimiyyətinin cavabından sonra dərhal təklif edilən yerlərə baxış keçirdik və maraqlandıq. Mədəniyyət sarayları 300 nəfərlikdir. Bakı kinoteatrının rəhbərliyi isə obyektin təmir olunduğunu bildirərək bizə yer verməkdən imtina etdi».
T.Yaqublu bildirir ki, bu məsələ martın 5-də Müsavat Partiyasının Divanında müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG