Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:56

İraq hökuməti Kürd muxtariyyətindən vitse-prezidentin verilməsini tələb edir


İraqın daxili işlər nazirliyi Kürd muxtar regionunun rəhbərliyindən vitse-prezident
Tarik al Hasheminin həbs edilməsi və məhkəməyə təhvil verilməsini göstəriş verib.

Nazirliyin məlumatına görə Hashemi ölkədən çıxmağa hazırlaşırmış.

İraqın şiə baş naziri Nuri al Maliki sünniləri təmsil edən vitse-prezident Hasheminin həbsinə order verib.

Bir sıra qətllərin təşkilində ittiham olunan Hashemi bu sərəncamdan sonra Kürd muxtar regionuna qaçıb.

Bu addım ölkədə siyasi böhrana səbəb olub.
XS
SM
MD
LG