Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:00

Suriya ordusu Homs şəhərinə hücuma keçib


Suriyada hökumət qoşunları yenidən Homs şəhərinə hücuma keçib.

Müxalifət fəalları şəhərin yaşayış məhəllələrinin atəşə tutulduğunu xəbər verirlər.

Suriya hakimiyyəti isə hədəfin hakimiyyətə qarşı çıxan yaraqlı qruplar olduğunu deyir.

Fevralın 22-də Homsda öldürülmüş 2 xarici jurnalistin cəsədləri bazar günü Parisə çatdırılıb.

Cümə günü Homsa hümanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, onu hələ də əhaliya paylaya bilmirlər.

Suriya hakimiyyəti onları Baba Əmr rayonuna buraxmır.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7 500-dən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG