Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Yəməndə 6 əsgər öldürülüb, bir neçəsi əsir götürülüb


Yəmənin cənubunda törədilmiş partlayışda azı 6 əsgər ölüb.

Zincibar şəhərinin yaxınlığındakı 2 hərbi məntəqənin ətrafında iki maşın partladılıb.

Partlayışları əl-Gaidə ilə əlbir olan intiharçılar törədiblər.

Yerli hakimiyyətin məlumatına görə, yaraqlılar həmçinin 2 hərbi bazaya hücum edərək bir neçə əsgəri əsir götürüblər.

Ötən ilin mayından bu yana Zincibar şəhəri islamçı yaraqlıların əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG