Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:48

Polşada dəmiryol qəzasında azı 15 adam ölüb


Polşanın cənubunda sürət və şəhər ətrafı sərnişin qatarlarının toqquşması nəticəsində azı 15 nəfər ölüb, 60-a yaxın adam isə yaralanıb.

Pşemşl-Varşava və Varşava-Krakov marşurutu üzrə hərəkət edən qatarlar Şekoçinı stansiyasının yaxınlığında toqquşublar.

İlkin versiyaya görə, qəzaya səbəb dispeçerin səhvi olub.

Hazırda araşdırma gedir.

Polşanın baş naziri Donald Tusk bunun son illər ölkədə baş verən ən ağır faciələrdən biri olduğunu deyir.

Yaralıların çoxu ağır vəziyyətdədir.
XS
SM
MD
LG