Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

Sürüşmə təhlükəsi ilə əlaqədar iki binanın sakinləri köçürülüb


Əhmədli qəsəbəsi Gəncə prospektində torpaq sürüşməsi yenidən aktivləşib.

Martın 3-ü saat 18:00 radələrində yenidən torpaq sürüşməsi baş verib. Gəncə prospektindəki iki 9-mərtəbəli binanın sakinləri təcili olaraq köçürülüb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Baş nazirin müavini Abid Şərifov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, digər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər.

Sürüşmə zonasından və binaların zirzəmisindən torpaq nümunələri götürülüb. Rəsmilər hər hansı açıqlama verməsələr də, sakinlər sürüşməni ətrafda çoxsaylı hündürmərtəbəli binaların tikilməsi ilə əlaqələndirirlər.

Həmin ərazidə 2000-ci ildə də sürüşmə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG