Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:15

İranda parlament seçkisində 65 faizə yaxın seçici iştirak edib


Cümə günü İranda keçirilmiş parlament seçkisində 65 faizə yaxın seçici iştirak edib.

Ölkənin ali dini lideri Ali Ayatollah Khamenei səsvermədən əvvəl seçiciləri fəallıq göstərməyə çağırıb.

Palitoloqlar hesab edir ki, hakimiyyət ötən prezident seçkisindən sonra keçirilmiş kütləvi etiraz nümayişlərindən sonra nüfuzunu bərpa etməyə çalışır.

Seçkidə ali dini lider Khameneinin tərəfdarlarının qalib gələcəyi gözlənilir.

Son illər Khamenei ilə prezident Ahmedinejad arasında münasibətlərin kəskinləşdiyi müşahidə olunur.
XS
SM
MD
LG