Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Misir parlamenti 15 xaricinin ölkədən necə çıxarılmasını araşdırır


Misir parlamenti məsuliyyətə cəlb olunmuş qeyri-hökumət təşkilatları əməkdaşlarının ölkədən çıxarılmasıyla bağlı müstəqil araşdırma aparacaq.

Parlamentin sədri Saad al Katatni bu məsələdə əli olanların məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Qanunsuz maliyyələşmədə ittiham olunan qeyri-hökumət təşkilatlarının 15 xarici əməkdaşı cümə axşamı Qahirəni tərk ediblər.

Bu məhkəmənin böyük girov müqabilində onların ölkəni tərk etməsinə qoyulmuş qadağanı götürməsindən sonra baş verib.

Hakimlər kolleqiyasının belə bir qərar vermiş üzvləri buna görə istefa verməli olublar.

Onları 5 il həbsü cəzası gözləyirdi.

Buna görə ABŞ-la Misir arasında münasibətlər korlanıb.
XS
SM
MD
LG