Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

"Ən yeni ədəbiyyat" seriyasından yeni kitab


Gənc yazar Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən" əsəri "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında işıq üzü görüb.

Əsər ötən il Milli Kitab Mükafatının qısa siyahısına da düşmüşdü.

İnsan mələklərdən də yuxarı qalxa, heyvandan da aşağı enə bilər.

Milyonlarla evə işıq da verə bilər atom, milyonları ölümə də göndərə bilər.

İçində yaxşılıq cövhəri daşıyan insan bu cövhəri əzib dünyanın ən murdar adamına da çevrilər.

Gülümsəməsi ilə ətrafındakıları məftun edən varlıq qəhqəhə çəkəndə ən vəhşi heyvanı da geridə qoyar.

Hər şey mühitdən asılıdır.

Küləyi dişləyən adamın günahı sevmək idi, sevişmək idi.

Hərbi xidmətdə sevmək olardı, sevişmək yox.

O, mələk kimi qarşısına çıxan qızı sevəcək və sevişəcəkdi.

Bu, günah idi.

“Günah”ın cəzası isə dəhşətliydi.

Bu cəza onu adamlıqdan çıxaracaq, bir zombiyə çevirəcəkdi.

Xatirələrin hamısı daşa dönəcək, arzuların hamısı öləziyəcək, içindəki insanlıq iksiri daş tozlarına qarışıb tərlə yuyulacaqdı.

Küləyi dişləyənin dişləri töküləcəkdi…
XS
SM
MD
LG