Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:49

Yunanıstanın kredit reytinqi ən aşağı həddə düşüb


Beynəlxalq Moody's reytinq agentliyi Yunanıstanın kredit reytinqini ən aşağı həddə endirib.

Bundan əvvəl Afinanın borclarının təxminən 70 faizinin silinməsilə bağlı Yunanıstan hökumətilə özəl investorlar arasında razılaşma hazırlandığı bildirilirdi.

Analitiklərin fikrincə bu razılaşma Yunanıstanın öz borclarını ödəmək iqdidarında olmadığını göstərir.

Amma təşkilat bunun Yunanıstana göstərilən beynəlxalq yardım planının tərkib hissəsi olduğunu buldirir.

Təşkilatın hesabatında qeyd olunur ki, bu plana baxmayaraq hadisələrin neqativ yöndə inkişafının mümkünlüyü çox böyükdür.
XS
SM
MD
LG