Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

Suriyada etirazçılara qarşı reydlər davam etdirilir


Suriyalı hüquq müdafiəçiləri Homs şəhərində bir neçə rayonun atəşə tutulduğunu xəbər verirlər.

Suriya hakimiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının şəhərə girməsinə icazə versə də əhaliyə hümanitar yardəm çatdırılmasına hələlik razılıq verməyib.

BMT-nin baş katibi Ban Ki Moon şəhərdə müxalifət fəallarının həbs və edam edilmsi, onlara işgəncələr verilməsindən dərin narahatlığını bildirib.

O təşkilatın baş assambleyasında çıxış edərkən bildirib ki, Bashar Assad rejimi öz vətəndaşlarını qoruya bilmir.

Müxalifət fəalları həmçinin şənbə günü Türkiyə ilə sərhədə yerləşən İdlib əyalətində üsyançılarla hökumət qoşunları arasında toqquşmalar olduğunu xəbər verirlər.
XS
SM
MD
LG