Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

Gənclər 4 mart mitinqini təxirə saldı


Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-nə nəzərdə tutduğu mitinqi təxirə salıb. Bu barədə Azadlıqradiosuna Müsavat Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib.
Gənclər belə bir qərarı Bakı Şəhər icra hakimiyyətinin mitinqlə bağlı müraciətə mənfi cavab verməsindən sonra veriblər.
Komitə mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə fevralın 13-də müraciət etmişdi.
Onlar aksiyanı 3 meydandan birində (Fizuli meydanı, “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısı) keçirmək istəyirdi.
Martın 2-də Bakı Şəhər İcra Hakimiyyətindən gənclərə verilən cavabda bildirilib ki, tələb olunan yerlərdən heç biri mitinq keçirmək üçün uyğun deyil.
İcra hakimiyyəti alternativ yer göstərmədiyindən gənclər aksiyanı təxirə salıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG