Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:55

Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə beynəlxalq təşkilatlar bəyanatlar verirlər


«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə Azərbaycan üzrə beynəlxalq hüquq müdafiə tərəfdaşlıq qrupu – IPGA Azərbaycanda jurnalistlərə qarşı davam edən zorakılıq və onların təqibçilərinin cəzasız qalması ilə bağlı dərin narahatlığını bildirib.

"Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin icrası üçün dərhal addımlar atmalıdır», deyə Article 19-un icraçı direktoru Agnès Callamard bildirib.

"Azərbaycan ədalətli mühakiməyə sadiqliyini nümayiş etdirməli və Hüseynovun qətlinə, habelə mətbuata qarşı digər cinayətlərə görə məsuliyyət daşıyanları cəzalandırmalıdır», deyə Jurnalistləri Müdafiə Komitəsinin proqram rəhbəri Nina Ognianova bildirib.

«Elmar Hüseynovun qatillərinin hələ də cəzalandırılmaması və Rafiq Tağının qətlinin araşdırılmasında nəticə olmaması Azərbaycan jurnalistlərində qətiyyətsizlik və ümidsizlik hissi yaradır. Hədələr və fiziki hücumlar onlar üçün adi hala çevrilib. «Sərhədsiz reportyorlar»ın reytinqində Azərbaycan heç vaxt indiki qədər aşağı düşməmişdi», deyə «Sərhədsiz reportyorlar»ın direktoru Olivier Basille Olivye bildirib.
XS
SM
MD
LG