Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40
Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında “Mədəniyyət haqqında” qanun layihəsi müzakirə olunur.

APA-nın xəbərinə görə, iclasda çıxış edən komitə sədri Nizami Cəfərov deyib ki, 46 maddədən ibarət sənəd 1998-ci il aprelin 6-da qəbul olunanan oxşar qanunun mahiyyətini 70 faiz özündə saxlayır.

Layihənin 42-ci maddəsi “şou-biznes və multimedia” adlanır.
Orada bildirilir ki, şou- biznes (kütləvi əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompüter, internet və s.) istehsalı Azərbaycan qanunvericiliyə əsasən tənzimlənir.

Layihədə o da qeyd olunub ki, fəaliyyəti milli-mədəni dəyərlər baxımından cəlbedici olan şou-biznes və multimedia müəssisələri və nümayəndələri dövlət tərəfindən stimullaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG