Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49
«Nizami» Kino Mərkəzində «Ultra Production» şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı kino həvəskarının çəkdiyi «İnkoqnito» adlı qısametrajlı bədii filmin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kino həvəskarı olan Emil Quliyevin ssenarisi əsasında çəkilən qısametrajlı filmin rejissoru bu sahədə debüt edən Zaur Qasımlıdır.

Təqdimatdan öncə filmin yaradıcı heyəti qeyd edib ki, «İnkoqnito» artıq bir sıra nüfuzlu beynəlxalq kino müsabiqələrinə göndərilib. Filmdə baş rolları gənc aktrisa Nigar İbrahimova və aktyor Qorqud Cəfərli ifa edirlər.

Tərbiyəvi-əxlaqi xarakter daşıyan 15 dəqiqəlik film Bakının adi mənzillərinin birində gənc, daim «ağ atlı şahzadə» haqda düşünən Emilya adlı qızdan bəhs edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG