Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

Avropa Birliyi avro ilə bağlı yeni iqtisadi müqavilə imzaladı


Avropa Birliyi liderləri “Qızıl Qayda” adını verdikləri yeni müqavilə imzalayıblar.

Müqavilə özünün bütün iştirakçılarından balanslı büdcəyə riayət etməyi tələb edir.

Müqavilənin sponsopu Almaniya idi.
Avropa Birliyinə daxil olan 27 ölkədən yalnız ikisi müqaviləni imzalamayıb.
Böyük Britaniya bildirib ki, o bu müqaviləni dəstəkləmir.
Çexiya isə öz konstitusiyasını əsas gətirərək imza atmayıb.

Rəsmi adı “Sabitlik, Koordinasiya və İdarəçilik” olan müqavilənin şərtinə görə, ölkələrdən biri daha çox xərcləsə, 25 ölkə avtomaik addımlar atır.
Qaydalara riayət olunmasında Ali Hakim rolu isə Avropa Məhkəməsinə həvalə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG