Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Avropa Birliyi "Qızıl Qayda" qoyur


Müqavilənin sponsoru Almaniya kansleri Merkel və imza atmaqdan imtina edən Britaniya baş naziri Cameron

Müqavilənin sponsoru Almaniya kansleri Merkel və imza atmaqdan imtina edən Britaniya baş naziri Cameron

Avropa Birliyi liderləri “Qızıl Qayda” adını verdikləri yeni müqavilə imzalayıblar.

Müqavilə özünün bütün iştirakçılarından balanslı büdcəyə riayət etməyi tələb edir.

Müqavilənin sponsopu Almaniya idi.

Avropa Birliyinə daxil olan 27 ölkədən yalnız ikisi müqaviləni imzalamayıb.

Böyük Britaniya bildirib ki, o bu müqaviləni dəstəkləmir.
Çexiya isə öz konstitusiyasını əsas gətirərək imza atmayıb.

Rəsmi adı “Sabitlik, Koordinasiya və İdarəçilik” olan müqavilənin şərtinə görə, ölkələrdən biri daha çox xərcləsə, 25 ölkə avtomaik addımlar atır.

Qaydalara riayət olunmasında Ali Hakim rolu isə Avropa Məhkəməsinə həvalə olunur.

Müqavilənin məğzi avrozonaya daxil olan 17 ölkənin böyük borclara girməsinin qabağını almaqdır.

İndi növbəti problem müqavilənin hər bir ölkədə ratifikasiyasıdır. Iralandiya kimi ölkələrdə bunun çətinliklə başa gələcəyi gözlənilir.

Müqavilə indi imza atan 25 ölkədən 12-də ratifikasiya olandan sonra qüvvəyə minəcək.

Almaniya kansleri Merkel yeni müqaviləni Avropa Birliyi tarixində təməl daşı adlandırıb.

Avropa Şurasının prezidenti Van Rompuy deyib:
"İndi siz hamınız öz ölkələrinizin parlamentlərini və seçicilərini inandırmalısınız ki, bu müqavilə avronu təhlükəsiz sulara qəti şəkildə gətirməkdə mühüm addımdır.
Mən əminəm ki, sizin bu işiniz uğurlu olacaq. Çünki müqavilə qısa və kəskindir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG