Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

Hakim Zeynal Bağırzadəyə 7 il 6 ay iş kəsdi


Martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AXCP fəalı Zeynal Bağırzadə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Yaşar Bağırsoy məlumat verib.

Məhkəmənin qərarı ilə Zeynal Bağırzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Martın 1-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı məhkəmədən Zeynal Bağırzadənin 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Zeynal Bağırzadə saxta Çernobıl əlil sənədi düzəltməkdə ittiham olunur.

O, 2011-ci ilin dekabrında Naxçıvan şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib. Zeynal Bağırzadə bütün ittihamları rədd edir.

Bu haqda ətraflı yazını yaxın saatlarda AzadlıqRadiosunun saytında oxuya bilərsiniz.

Günün bütün mövzuları

XS
SM
MD
LG