Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

İranda parlament seçkiləridir


Bu gün İranda parlament seçkiləri keçirilir. 3400 namizəd 290 yer uğrunda mübarizə aparır. Əksər müxalifət seçkini baykot edib. Seçkilərdə ali dini lider Khameneinin tərəfdarlarının qalib gələcəyi gözlənilir.


Müşahidəçilərin fikrincə, keçmiş prezident Hatəmiyə yaxın islahatçılar seçkilərdə ən yaxşı halda parlamentdə müxalifət azlığı yarada biləcəklər.

Seçki kampaniyası dövründə əsas diqqət iqtisadiyyatda və daxili məsələlərdə cəmlənmişdi. Nüvə proqramı, xarici siyasət kimi məsələlər isə ali dibi liderin səlahiyyətindədir.

Bu günkü seçki 2009-cu ildə İranda keçirilmiş prezident seçkisindən sonra ölkədə keçirilən ilk seçkidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG