Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

BMT hicaba tərəfdar çıxdı


İran millisinin üzvü texniki məğlubiyyət aldıqlarına görə ağlayır, İyun 2011

İran millisinin üzvü texniki məğlubiyyət aldıqlarına görə ağlayır, İyun 2011

Blatterdən müsəlman qadınların oyuna başıbağlı çıxmasına icazə verməsini istəyirlər


BMT-nin idman məsələləri üzrə xüsusi məsləhətçisi Wilfried Lemke FİFA rəhbəri Sepp Blaterə məktub göndərib. Müraciətdə müsəlman futbolçuları meydan hicabda çıxmasına icazə verilməsi tövsiyə olunur.

Məktubda qeyd olunur ki, FİFA futbolla məşğul olmaq istəyənlərin hamısına bu imkanı yaratmalıdır. Lemke ümid edir ki, bu məsələ həm oyun qaydaları, həm də mədəni amillərin nəzərə alınması yoluyla həll ediləcək.

FİFA 2007-ci ildə hicabla futbol oyununu qadağan edib. Həmin vaxtda müsəlman xanımlara baş örtüyünü xüsusi kepkalarla əvəzləmək təklif olunub.

Sabah FİFA-da BMT-nin müraciətinə baxılacaq. Toplantı zamanı həm də FİFA-nın vitse-prezidenti İordaniya şahzadəsi Ali Al Hussein oyun zamanı hicabı başda saxlaya bilməyə imkan verən yeni zəncirbəndi təqdim edəcək.

Ötən il İran milli komandasının İordaniya ilə görüşündə iranlı oyunçular hicabı açmadıqlarına görə komandaya texniki məğlubiyyət verilmişdi. Bu da İran millisinin bu ilki London olimpiya oyunlarına qatılmasını əngəlləmişdi. Buna görə İran rəhbərliyi FİFA-nı məhkəməyə verəcəyini bəyan etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG