Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

Peyğəmbər haqqında kitab rekord qırdı


Tatarstan -- The world's largest Koran is displayed at the Kul Sharif mosque in Kazan, 17Nov2011

Tatarstan -- The world's largest Koran is displayed at the Kul Sharif mosque in Kazan, 17Nov2011

1 tonluq ən bahalı və ən böyük nəşr Dubayda hazırlanıb


Dubay hökuməti başçısının müavini, BƏƏ maliyyə naziri Şeyx Hamdan bin Rashed Al Maktoum dünyanın ən böyük kitabını təqdim edib. Bu, Məhəmməd Peyğəmbərin həyatına həsr edilmiş kitabdır.

Ən böyük kitab həm də dünyanın ən ağır və ən bahalı nəşridir. Onun hazırlanmasına 11 milyon Dirhəm (təxminən 3 milyon dollar) pul xərclənib. 420 səhifədən ibarət nəşrin ağırlığı 1 tondur. Onun ölçüləri də nəhəngdir - 5 metr hündürlük və 4 metr en.

Kitabın səhifələri dəri və kağızın birləşməsindən alınan nazik vərəqlərdən hazırlanıb. O, Almaniyada çap edilib.

Yeni kitab artıq Ginnesin Rekordlar Kitabına daxil edilib.

Kitabın təqdimetmə mərasimində BƏƏ-nin yüksək çinli məmurları, diplomatlar, adlı-sanlı iş adamları və sərmayədarlar, həmçinin görkəmli elm xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Mərasimə qatılan sıravi qonaqlar isə kitabla şəkil çəkdirmək, “Bir milyon imza” kampaniyasında iştirak edərək kitabın mini-versiyasını əldə etmək imkanı qazanıblar. Bir milyon imza toplamaq məqsədilə rekordçu kitabı dünyanın bir çox ölkələrini gəzdirəcəklər.

Rəsmilər bildiriblər ki, bu cür kitab hazırlamaqda məqsəd həm peyğəmbərə layiq olduğunu diqqəti göstərmək, həm də İslam haqqında bilgiləri bütün dünyaya yaymaqdır. Onlar inanırlar ki, rekord qıran nəşr mütləq beynəlxalq aləmdə də maraqla qarşılanacaq və Məhəmməd Peyğəmbərim həyatının bəzi aspektləri barədə məlumat hər kəsə bəlli olacaq.

Şeyx Hamdan öz hesabına kitabın normal ölçüdə 5000 surətini çap etdirib. Bu kitablar diaspor nümayəndələrinə və dövlət səviyyəli qonaqlara hədiyyə olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG