Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:21

Bəhram Bağırzadə gəncliyinin şəhərindən kitab yazdı


Bazar günü—martın 4-də saat 15-00-dan 17-dək “Park Bulvar”da yerləşən “Əli və Nino” Mağazasında “Gəncliyimin şəhəri” ("Город моей молодости") kitabının təqdimat mərasimi olacaq.

Həmin gün tanınmış aktyor, “Bakılı oğlanlar” komandasının ulduzu Bəhram Bağırzadənin qədim Bakıdan bəhs edən maraqlı kitabı təqdim olunacaq.

Kitabda köhnə Bakının nadir fotoşəkilləri yer alıb. Fotoların çoxu müəllifin şəxsi arxivindən götürülüb.

”Çox inanmaq istərdim ki, zaman ardıcıllığı qırılmayacaq və bakılıların gələcək nəsilləri mənim bu sadə başlanğıcımı davam etdirəcəklər. Bəlkə də, 20-30 ildən sonra kimsə bu xatirələri təzələmək, ona yeni səhifələr əlavə etmək istəyəcək. Bax, həmin naməlum, ancaq çox doğma gələcək bakılılara mən Azərbaycan Dövlət Arxivində bu kitabın rəqəmsal versiyasını yadigar qoymaq istəyirəm”.

Bəhram Bağırzadə belə yazır.

“Gəncliyimin şəhəri” kitabının təqdimat mərasiminə giriş azaddır.

Arzulayanlar iştirak edə bilərlər.

Yeri gəlmişkən, gələn həftə Bəhram Bağırzadə öz yeni kitabı ilə AzadlıqRadiosunun “Can Bakı” proqramının qonağı olacaq.

Ona istədiyiniz sualı elə bu səhifədən verə bilərsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG