Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42

Qazaxıstanda iğtişaşlara görə tutulanlardan 6-sı buraxıldı


Ötən ilin dekabrında Qazaxıstanın Zhanaozen şəhərində iğtişaşlar törətməkdə ittiham olunaraq həbs edilən 6 nəfərə bu gün amnistiya verilib.

Neftçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı 16 nəfər həlak olmuşdu.

Baş prokurorluqdan Saparbek Nurpeisov çərşənbə günü Zhanaozendə olanda deyib ki, tutulan 29 nəfərin əksəriyyətini azad edə bilmirlər. Çünki, bəzilərinə qarşı çox ciddi ittihamlar irəli sürülür.

İNsan haqları fəalları Qazaxıstan hökumətini polisə etirazçılara atəş açmaq əmri verdiyinə görə ciddi tənqid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG