Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:56

BMT Suriyadan dərhal əməliyyatları dayandırmağı tələb edir


BMT İnsan Haqları Şurası Suriya hökumətini dinc sakinlərə qarşı sistematik və kütləvi pozuntulara görə tənqid edir. Ancaq Şuranın qəbul elədiyi qətnamənin səsverməsində Rusiya, Çin və Kuba qətnamənin əleyhinə səs verib.

Qətnamədə Bashar Assad rejimindən tələb edilir ki, dinc sakinlərə qarşı əməliyyatları dərhal dayandırsın və ehtiyacı olanlara humanitar yardımlarım çatdırılmasını təmin etsin.

Bu arada Suriyada təhlükəsizlik qüvvələri müxalifətin əsas istinadgahı olan Homs şəhərini ələ keçirdiklərini bəyan ediblər. Röyters agentliyinin məlumatına görə, hazırda şəhərdə artilleriya və tanklardan intensiv atışma gedir.

Homsa hücum fevralın 28-i axşam saatlarında başlayıb. Suriya rəsmiləri şəhərin bütün üsyançılardan təmizlənəcəyini bildiriblər. Homsun ələ keçirilməsinə ölkə prezidenti Bashar Asadın qardaşının rəhbərlik etdiyi ordu hissəsi başçılıq edir.

BMT-nin hesablamalarına görə, ötən ilin mart ayından etibarən Suriyada davam edən iğtişaşlarda 7500-dən çox insan öldürülüb.
XS
SM
MD
LG