Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

İstanbulda partlayış olub, 10 polis yaralanıb


İstanbulda partlayış olub, 10 polis yaralanıb. Partlayışın hakim partiya Ədalət və İnkişaf partiyasının İstanbulun Avropa hissəsindəki ofislərindən birində baş verdiyi deyilir.

Uzaq məsafədən idarə olunan partlayıcı qurğu motosiklə quraşdırılıb, həmin motosikl isə içərisində polislər olan avtobusun yaxınlığında saxlanılıb.

İstanbulda təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, partlayış zamanı avtobusda 21 polis olub, onlardan 10-u qəlpə yarası alıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə yerində müstəntiq və ekspertlər işləyirlər.

Hələ ki, partlayışa görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Yerli mətbuatın yazdığına görə, bundan öncə oxşar hadisələri kürd döyüşçüləri törədiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG