Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Kofi Annan Suriyaya gedir


BMT-Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Suriyaya gedir. Məqsədi prezident Bashar Assaddən bu ölkədə qan axıdılmasına son qoyulmasını tələb etməkdir.

BMT-nin məlumatına görə, Suriyada hökumət əleyhinə etirazlar başlayandan 7000-dən çox insan ölüb.

BMT-nin sabiq baş katibi Kofi Annan deyib ki, yaxın günlərdə Suriyada olacaq və ən başlıca vəzifəsi sakinlərin mühasirədə olduğu şəhərlərə, xüsusən də Homsa humanitar yardımların çatdırılmasına nail olmaqdır.

Suriya hökuməti Bashar Assadin kiçik qardaşının başçılıq etdiyi batalyonla Homsu üsyançılardan təmizləyəcəyini bildirib.

Bu arada, BMT-nin humanitar yardımlar üzrə məsul şəxsi Valerie Amos bildirib ki, Suriya onun bu ölkəyə getməsinə hələ razılıq verməyib. Amerikanın BMT-dəki səfiri Susan Rice bu addımı “rüsvayçılıq” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG