Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

Misirdə bu məhəbbətdən bəhs edən film qadağan olunub

Misirdə dinlərarası situasiya gərgin olduğundan yerli hökumət “Qahirədən çıxış” (The exit from Cairo) filminin nümayişini qadağan edib. Bu kino lenti Luksorda keçiriləcək Afrika filmləri festivalında nümayiş etdiriləcəkdi.

“Qahirədən çıxış” xristian qızın müsəlman oğlana sevgisindən bəhs edir. Lakin bu cür süjet xətti Misir kino industriya nümayəndələrini qəzəbləndirib. İncəsənət işlər üzrə baş senzor Sayed Khattab yerli informasiya agentliyinə müsahibəsində filmin festivalda nümayişinə icazə verilmədiyini təsdiqləyib. Senzor qadağanı onunla əlaqələndirib ki, nümayişi məzhəblərarası münaqişəni qızışdıra bilər.

Bundan sonra bəzi sənətçilər, rejissor və kino tənqidçilər hökumət müraciət imzalayıblar. Onlar Misirdə inqilabdan sonra da belə məhdudiyyətlərin qalmasından narazılıqlarını bildiriblər:

“Biz ölkədə azadlığa qarşı istənilən növ məhdudiyyətləri pisləyirik. Çox təəssüf ki, insanlara hürriyyət vəd edən, vətəndaş cəmiyyətinə can atdığını deyən bir hökumət indi bu cür qadağalar əl atır”.

Rejissoru Hisham Essawy “Qahirədən çıxış” filmi il dəfə 2010-cu ildə Dubay kinofestivalında nümayiş etdirilib. Hələ o vaxt Misirdə bu film haqqında bir çox neqativ rəylər səslənmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG