Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:05

Philip Gordon Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşüb


ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Philip Gordon, 14 iyun 2011
ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Philip Gordon, 14 iyun 2011

ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Philip Gordon fevralın 27-də Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşüb.

Gordon deyib ki, bu görüşdə ABŞ Konqresinin, Ağ Evin, Müdafiə Nazirliyinin təmsilçilərinin iştirak etməsi iki ölkə arasında əlaqələrə nə qədər önəm verildiyini göstərir.

ABŞ-Azərbaycan əlaqələrinin 20 illiyindən bəhs edən Philip Gordon deyib: “Bizim əlaqələrin vacibliyi haqqında prezident Obamanın, Dövlət Katibi Clintonun danışması sürpriz deyil. Biz son 20 ildə ölkələrimiz arasında əlaqələrə çox dərin əsaslar yaratmışıq. Təhülkəsizlik, enerji, siyasi və iqtisadi islahatlar sahəsində çox vacib əməkdaşlıq qurmuşuq.

Azərnbaycan əsgərləri Kosovoda, Iraqda çiyin-çiyinə dayanıblar. Əfqanıstanda təhlükəsizliyin təmin olunmasında müttəfiqliyimiz davam edir.”

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə toxunan Philip Gordon deyib ki, bu Bakıya həm də beynəlxalq təhlükəsizlik məsələlərinin həllində öhdəliklər yaradır: “Azərbaycan həmçinin İrana qarşı sanksiyaların icrasında çox vacib rol oynayıb. Bu da ABŞ administrasiyasının gündəliyində olan birinci məsələlərdəndir.

Təhlükəsizlik sahəsində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllindən vacib məsələ yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ başqa tərəflərlə birlikdə sülhün əldə edilməsinə çalışır.

Təbii ki, sülh üçün son həlledici addım çətin olur. Tərəflərin siyasi iradəsi ilə biz daha təhlükəsiz, daha uğurlu gələcəyə sahib ola bilərik.”

Philip Gordon vurğulayır ki, yalnız danışıqlar yolu ilə əldə edilmiş razılaşma uzunmüddətli sülhə və regional inkişaf üçün yeni imkanlara gətirib çıxara bilər.

Dövlət katibinin yardımçısı əlavə edir ki, demokratiya və iqtisadiyyat sahəsində islahatlar, qanunun aliliyinin, fundamental azadlıqların, mülki cəmiyyətin inkişafının təmin olunması da ABŞ-Azərbaycan əlaqələrinin vacib sütunudur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG