Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Human Rights Watch ailələrin zorla evlərindən çıxarılmasını pisləyir


«Human Rights Watch» bildirir ki, bu ilin mayında Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsinə görə onlarla adamın zorla evlərindən çıxarılmalarına dair faktları sənədləşdiriblər. Təşkilatın Avropa və Mərkəzi Asiya Bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanan fevralın 29-da yayılan hesabatda qeyd edir ki, hökumət evlərindən çıxardığı ailələrə münasib kompensasiya vermir.

Sənəd Azərbaycanın tərəfdaşlarına, ABŞ, bəzi Avropa Birliyi ölkələrinin hökumətlərinə də göndəriləcək. Artıq hesabat Eurovisionun təşkilatçısı olan Avropa Yayım Birliyinə göndərilib.

Eurovision mahnı yarışması üçün arena tikiləcək ərazilərdə evləri sökən rəsmilər jurnalistlərə heç bir açıqlama vermirlər. Prezident İlham Əliyev isə elə dünən bildirib ki, bu müsabiqənin təşkili ilə bağlı Bakının ünvanına tənqid yazanlar Azərbaycanı istəməyən qüvvələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG