Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Stefan Füle: «Siyasi məhbus məsələsini vurğulayırıq...» [VİDEO]


"Siyasi məhbus məsələsini vurğulayırıq"
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

"Siyasi məhbus məsələsini vurğulayırıq"

Fevralın 29-da Avropa Birliyinin (AB) Genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Füle video-konfrans keçirib.
Konfrans zamanı Stefan Füle viza rejiminin sadələşdirilməsi, Şərq tərəfdaşlığı və Azərbaycanda insan haqları və sair məsələlərə dair jurnalistlərin suallarını cavablandırıb.
Cənab Füle viza rejimi ilə bağlı bildirib ki, viza rejiminin sadələşdirilməsi nəticəsində viza alınması üçün rüsumun miqdarı 60 avrodan 30-35 avroya endiriləcək, iş adamları, tələbələrdən rüsum alınmayacaq, uzunmüddətli və multi-vizaların alınması asanlaşdırılacaq:
“Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş ölkədir və biz bu ölkəyə qeyri-leqal miqrasiya mənbəyi kimi baxmırıq. Lakin ola bilsin ki, üçüncü ölkələrdən Azərbaycandan keçməklə Avropaya miqrasiya etmək halları olacaq”.
Cənab Füle onu da vurğulayıb ki, Azərbaycanda insan haqqlarının vəziyyəti narahatlıq doğurur:
“Bu gün Azərbaycana baxanda qarışıq bir mənzərə– bir tərəfdən nəhəng iqtisadi inkişaf, enerji sektorunda möhkəm tərəfdaşlıq, təkcə Şərq tərəfdaşlığının faydasını başa düşən deyil, həm də bundan mütəmadi olaraq istifadə edən bir partnyor görünür. O biri tərəfdən biz daxilə baxanda ordakı çətinlikləri görürük. Biz bəşəri dəyərləri öndə tutan möhkəm tərəfdaşlıq istəyirik. Amma bunlar o demək deyil ki, biz növbəti addım atmaq istəmirik. Avropa Şurası və Parlamentə edəcəyimiz təkliflərin bir hissəsi də elə bunlarla bağlı olacaq”.
Komissar Stefan Füle bildirib ki, onun siyasi məhbuslarla bağlı Azərbaycan rəsmilərinə müraciəti tam aydındır:
“Siz müasir cəmiyyət qurmağa çalışırsız. Biz bu cəmiyyəti əhatəlilik prinsipləri üzərində qururuq. Əhatəlilik dedikdə, yəni maraqlı tərəflər, istər vətəndaş cəmiyyəti, istərsə də müxalifət - islahatları təkcə birgə müəyyən etməkdə deyil, həm də onlardan faydalanmaqda çox mühüm rola malik olması nəzərdə tutulur. Mənim görmək istədiyim müasir cəmiyyət bu cürdür. Mənim Azərbaycanda görmək istədiyim də budur. Mən Azərbaycanda spesifik çətinliklərdən xəbərdaram. Biz imkanımız olduqca siyasi məhbus məsələsini vurğulayırıq. Bir sıra planlarımız var. Biz onları istifadə etməyə hazırıq ki, Azərbaycan “siyasi məhbus” ifadəsinin tarix kitablarında və lüğətlərdə qalacağı dönəmə gəlsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG