Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Naxçıvanda AXCP fəalının məhkəməsi keçirilib


Azerbaijan. Nakhchivan. Train Station
Azerbaijan. Nakhchivan. Train Station
Fevralın 29-da AXCP fəalı Zeynal Bağırzadənin məhkəməsi keçirilib.

Bu haqda AzarlıqRadiosuna onun qardaşı Yaşar Bağırsoy məlumat verib.

Yaşab Bağırsoyun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 5 nəfər şahid dindirilib.

Şahidlərdən ikisi 1993-cü ildə hərbi komissarlıqda işləyərəkən Zeynal Bağırzadənin hərbi biletinə saxta möhür vurulmasını təşkil etdiklərini bildiriblər:

“Şahidlər dedilər ki, saxta yolla Zeynal Bağırzadəyə Cernobıl əlili vəsiqəsi düzəldiblər. Bu adamlar çöldə qalıb qardaşım Zeynal isə həbsdədir”.

Vəkil Əshabəli Mustafayev isə saxtakarlıqda iştiraklarını etiraf etdiklərinə görə hər iki şahidə cinayət işinin açılması ilə bağlı vəsatət qaldırıb.

Zeynal Bağırsoyun sözlərinə görə, tibbi işçisi olan iki şahid isə Zeynal Bağırzadənin bədənində radiasiya olduğunu təsdiqləyiblər:

“Həkimlər etiraf elədilər ki, Zeynal komissiyadan keçərkən onun bədənində həqiqətən radiasiya olub. Əgər, Zeynal Çernobılda olmayıbsa, şüalanma necə ola bilər. Belə çıxır ki, qardaşımın həbsi siyasi məqsədlidir”

Məhkəmə martın 1-nə kimi təxirə salınıb.

AXCP fəalı saxta Çernobıl əlil sənədi düzəltməkdə ittiham olunur.

Zeynal Bağırzadə 2011-ci ilin dekabrında Naxçıvan şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib. Zeynal Bağırzadə bütün ittihamları rədd edir.
XS
SM
MD
LG